Ana Sayfa > Karusel / Kriminal > Qaradağda maşinistin daş karxanasında bədbəxt hadisə nəticəsində ölməsinə görə cinayət işi açılıb

Qaradağda maşinistin daş karxanasında bədbəxt hadisə nəticəsində ölməsinə görə cinayət işi açılıb


15-11-2021, 16:07. Yazar: Admin

Baş Prokurorluğun yeni inzibati bina kompleksinə media-tur təşkil edilib YENİLƏNİB VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

Noyabrın 12-si saat 18 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Qaradağ” ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.


Geri dön