Ana Sayfa > Karusel / Region > “Qarabağ alınsın, səni özüm alacam” deyən şəhidə o qızdan reaksiya - Daşqının evinə çələng göndərdi
“Qarabağ alınsın, səni özüm alacam” deyən şəhidə o qızdan reaksiya - Daşqının evinə çələng göndərdi15-11-2021, 15:21. Yazar: Admin |
44 günlük Vətən Müharibəsində şəhid olan Daşqın Şəfiyev sosial şəbəkədə yaydığı bir video ilə yaddaşlarda silinməz iz buraxıb. Bu videolentdə o, “30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı”,-deyə sosial şəbəkədə hisslərini ifadə edən bir qıza “gecə-gündüz Qarabağın alınması üçün əsgərlərimizə dua elə, səni yerin dibində də olsan tapıb özüm alacam” söyləməklə reaksiya vermişdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Daşqın Şəfiyev noyabrın 5-də Laçın döyüşləri zamanı şəhid olub. Onun nəşi Samux rayonunun Seyidlər kəndində torpağa tapşırılıb.
Bu günə qədər xalqım, Daşqının dostları, yaxınlarım, dövlətim bizi tək qoymayıb. Hər gün Daşqının qonağı olub, məzarını ziyarət ediblər. Zəfər günündə həm sevindim, həm də kədərləndim. Kaş ki, Daşqın və onun kimi igidlərimiz torpaqlarımızın azadlığını, Zəfər gününü görərdilər. Çox təəssüf, şəhidlərimizə bu sevincli günü görmək qismət olmadı. Daşqını ən çox tanıdan özünün çəkdiyi həmin video oldu. O, qızı həyatda görməmişdi. Həmin qız Daşqının doğum günündə bizə böyük bir çələng göndərmişdi. İldönümündə Daşqına həsr olunmuş mahnı da ərsəyə gətirib, həmin gün Gürcüstanda Daşqının şəklini çıxartdırıb, maşınların arxasına vurdurmuşdu”.
Geri dön |