Ana Sayfa > Karusel / Dünya > Alman höküməti İran şirkətinə qadağa tətbiq edib

Alman höküməti İran şirkətinə qadağa tətbiq edib


22-12-2018, 11:08. Yazar: Admin

 

 

Almaniya hökuməti İranın "Mahan Air"aviaşirətinə öz hava limanlarından uçuşları dayandırmağa qərar verib.

"Qarabaginfo" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə cümə günü mənbələrə istinadən "Bild" qəzeti yazıb.

Nəşrin məlumatına görə, uçuşlar 2019-cu ilin yanvarından dayandırılacaq. Hazırda aviaşirkət Münxen və Düsseldorfdan paytaxt Tehrana həftədə 6 dəfə uçuşlar həyata keçirir.

Bildirilir ki, "Mahan Air" aviaşirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandirinə məxsusdur. Şirkət Suriya prezidenti Bəşər Əsədlə əməkdaşlıq edir və bu ərəb ölkəsinə döyüşçü və silah daşınması ilə məşğuldur.

Daha əvvəl ABŞ "Mahan Air"lə əməkdaşlıq edən Malayziya və Tailand şirkətlərinə sanksiya tətbiq edib.

mahan air ile ilgili görsel sonucu


Geri dön