Ana Sayfa > Karusel / Qarabağ > Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribat törədib
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribat törədib15-11-2021, 12:14. Yazar: Admin |
Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb: "Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub. Geri dön |