Ana Sayfa > Karusel / Gündəm > Küçəyə atılan qadınlar artıb - Sığınacaqda yer YOXDUR
Küçəyə atılan qadınlar artıb - Sığınacaqda yer YOXDUR15-11-2021, 11:50. Yazar: Admin |
“Sığıncağa gətirilən qadın və uşaqları dərhal qəbul edə bilmirik. Hazırda sığınacaqda yer yoxdur”.
Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri Modern.az-a açıqlamasında “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib.
M.Zeynalova müraciət edən uşaqları yalnız polislə gələndə götürdüklərini deyib:
“2-3 gün əvvəl polis tərəfindən gətirilən Binəqədi rayonunda yaşayan 10 yaşlı qız uşağını götürdük. Ana assosial həyat tərzi keçirir, narkotik istifadəçisidir. Uşağı işləməyə, pul qazanmağa məcbur edirdi”.
Onun sözlərinə görə, ötən həftə sığıncağa müraciət edən qadınların sayı 8 olub:
“Müraciət edənlərin hamısı uşaqlı qadınlar olub. Əslində bizə zəng edən olanda polisə müraciət etməyi məsləhət görürük. Kimisi polislə əlaqə saxlayır, kimisi bundan imtina edir. Zorakılıq varsa, polisə müraciət etmələri mütləqdir. Ən azı bilək ki, nə qədər belə müraciət var. İki gün öncə zəng edən bir qadının dediyinə görə, həyat yoldaşı onu uşaqlarla birgə küçəyə atıb. Başqa birisi 2 uşaqla küçədə qalmışdı”.
Qadın və uşlaqların atılma səbəbinə gəlincə, M.Zeynalova daha çox ailədaxili münasibətlərin gərginləşməsini göstərib. Geri dön |