Ana Sayfa > Karusel / Gündəm > Qaxda daha bir nəfər göbələkdən zəhərləndi
Qaxda daha bir nəfər göbələkdən zəhərləndi15-11-2021, 10:34. Yazar: Admin |
Qaxda göbələkdən daha bir zəhərlənmə hadisəsi qeydə alınıb. Qarabaginfo.az xəbər verir ki, ötən gün rayonun Əmircan kənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Nicat İlham oğlu zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı N.Məmmədovun göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. Xəstəxanada ona tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir. Qeyd edək ki, son günlər Zaqatala-Qax bölgəsində ard-arda göbələkdən zəhərlənmə halları baş verir. Geri dön |