Ana Sayfa > Karusel / Qarabağ > Təşvişə düşən erməni əsgəri avtomobilini ataraq qaçıb..

Təşvişə düşən erməni əsgəri avtomobilini ataraq qaçıb..


15-11-2021, 08:12. Yazar: Admin

Erməni hərbçilər Azərbaycan əsgərlərini görüb qaçmağa üz tutublar. 

Qarabaginfo.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin zabiti və üç erməni hərbçisi onlara yaxınlaşan azərbaycanlı hərbçiləri görüb qaçmağa çalışıblar. Onlar tələsik avtomobilə minib ərazini tərk etmək istəyiblər. Lakin avtomobil Qaragöl gölü ərazisində batıb, ermənilər canlarını batmaqdan güclə qurtarıblar.

Qeyd edək ki, hadisə bu gün Qaragöl yaxınlığında baş verib.


Geri dön