Ana Sayfa > Karusel / Region > Türkiyədə bu gün koronavirusdan 189 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 189 nəfər ölüb


14-11-2021, 22:54. Yazar: Admin

Türkiyədə bu gün koronavirusdan 189 nəfər ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 189 nəfər ölüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 347 426 nəfər test edilib, onların 21 624-nün koronavirus testi pozitiv nəticə verib, 20 550 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 118 367 035 peyvənd tətbiq edilib ki, bunun 89,94 faizi birinci, 79,95 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.


Geri dön