Ana Sayfa > Karusel / Region > Erməni təxribatlarının ermənicə yozumu – Ohanyan danışdı

Erməni təxribatlarının ermənicə yozumu – Ohanyan danışdı


14-11-2021, 22:11. Yazar: Admin

Ankara və Bakı Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiq edir.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan son günlər sərhəddə yaşanan erməni təxribatlarını özünəməxsus şəkildə “şərh” edərkən deyib.

O iddia edib ki, Bakı və Ankara Zəngəzur dəhlizinin açılması üçün Ermənistanın müxtəlif məntəqələrində irəliləmək istəyirlər.

“Ermənistan hakimiyyəti isə mövcud vəziyyətdən ləyaqətlə çıxmaq üçün bunun qarşılığında heç bir tədbir görmür. Bütün məğlubiyyəti canla-başla qəbul edirlər”, – deyə Ohanyan bildirib.

Qeyd edək ki, dünən və bu gün Ermənistan ordusu Kəlbəcər və Laçın istiqamətində təxribata əl atıblar.(Konkret.az)


Geri dön