Ana Sayfa > Karusel / Region / Kriminal > Masallıda evlərdən 9 min manatlıq oğurluq edən şəxslər tutulub

Masallıda evlərdən 9 min manatlıq oğurluq edən şəxslər tutulub


13-11-2021, 12:25. Yazar: Admin

 

Masallıda evlərdən 9 min manatlıq oğurluq edən şəxslər tutulub

Masallıda silsilə oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini E. Məmmədov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun həmkəndlisi R. Ağayevlə birgə daha bir evdən 5000 manat dəyərində, digər evdən isə 1500 manat dəyərində məişət əşyaları oğurlamaları da müəyyən edilib.

R. Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön