Ana Sayfa > Karusel / Dünya > “Rusiya Avropa İttifaqına hücum edir, Putin Avropanı "girov saxlayır" – SENSASİON AÇIQLAMA

“Rusiya Avropa İttifaqına hücum edir, Putin Avropanı "girov saxlayır" – SENSASİON AÇIQLAMA


13-11-2021, 09:08. Yazar: Admin

Avropada hər şeyə görə Putini günahlandırmağa öyrəşiblər. İndi də Belarus və Polşa sərhədində baş verən böhranda Rusiya prezidentinin əli olduğuna əmindirlər.

Qarabaginfo.az xəbər verir ki, məşhur “Daily Express” nəşri  yazır ki, Belarus və Polşa sərhədində baş verənlər Putinin Avropaya təzyiqi artırmaq üçün “məkrli planın”ın yalnız bir hissəsidir.

Vladimir Putin Belarus sərhədində miqrasiya böhranı yaratmaqla və Avropa İttifaqına qaz tədarükünü məhdudlaşdırmaqla Avropanı uçurumun astanasına aparmaqda ittiham olunur.

Nəşr yazır ki, Avropa İttifaqı və NATO Belarusu böhranı qəsdən qızışdırmaqda ittiham edir. Rusiya Almaniyaya və digər Aİ ölkələrinə getmək istəyən bütün qaçqın və miqrantları Polşaya göndərir. Sərhədi keçmək istəyənlər arasında suriyalılar və əfqanların da qoşulduğu İraq kürdlərinin çox olduğu güman edilir.

Almaniyanın daxili işlər naziri Horst Seehofer Rusiya və Belarusu böhrana səbəb olmaqda və Qərbdə sabitliyi pozmaqda ittiham edib. O, Aİ-yə üzv dövlətləri “mütəşəkkil miqrasiya”nın yaratdığı “hibrid təhlükə”yə qarşı birləşməyə çağırıb.

Digər ekspertlər isə xəbərdarlıq edirlər ki, hazırkı böhran Rusiyanın Avropaya siyasi təzyiq kampaniyasının davamıdır və bu zaman Moskva Aİ ölkələrinə təbii qaz tədarükünü məhdudlaşdırır. Qeyd olunur ki, Avropada istehlak edilən qazın böyük hissəsi xaricdən gəlir və bu tədarükün təxminən 40 faizini Rusiya təmin edir.

Analitik Olqa Lautman iddia edir ki, hazırkı böhran Rusiyanın Avropaya təzyiqi artırmaq üçün təşkil etdiyi məkrli planının bir hissəsidir: “Videolar var ki, Putin və Lukaşenko Suriyadan miqrantların köçürülməsi əməliyyatını həyata keçirirlər. Hələ İraq, Əfqanıstan və sair ölkələrdən də. Onlar bu miqrantları Polşa və digər Avropa İttifaqı ölkələrinin sərhədlərinə yönəldirlər. Və bunun üçün enerji resurslarından istifadə edərək Avropa İttifaqını girov saxlayırlar. Avropa Kremlin nə etdiyini başa düşürmü?” – deyə analitik vurğulayıb.(konkret.az)


Geri dön