Ana Sayfa > Karusel / Siyasət > Lavrov və Şoyqu fransalı həmkarları ilə Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə ediblər

Lavrov və Şoyqu fransalı həmkarları ilə Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə ediblər


13-11-2021, 00:18. Yazar: Admin

Lavrov və Şoyqu fransalı həmkarları ilə Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu fransalı həmkarları Jan-İv le Drian və Florens Parli ilə Ermənistanla Azərbaycan arasındakı vəziyyəti müzakirə edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Parisdə keçirilən Fransa-Rusiya Təhlükəsizlik Əməkdaşlıq Şurası çərçivəsində baş tutub.

Qeyd edilib ki, danışıqlar zamanı tərəflər ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Fransa və Rusiyanın Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülh sazişinin əldə olunması üçün birgə səylərini müzakirə ediblər.(Apa)


Geri dön