Ana Sayfa > Karusel / Gündəm > Nazir: “Böyük Qayıdışdan sonra məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır”

Nazir: “Böyük Qayıdışdan sonra məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır”


12-11-2021, 18:30. Yazar: Admin

Ağdamın Poladlı kəndindən - Video » Qarabaginfo.az

“Böyük Qayıdışdan sonra məşğulluğun necə olacağı ilə bağlı plan hazırlanır. Bu repatriasiya planının hazırlanması üçün işçi qrup var. Burada bütün seqmentlər nəzərə alınacaq”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin rəhbərliyi ilə yaradılan işçi qrup tərəfindən öz yurdlarına qayıdacaq insanlar üçün ev, məktəb, tibb xidmətlərinin yaradılması ilə bağlı işlərə baxılır: “Biz də işçi qrupun üzvüyük. Həmçinin ağıllı kəndlərin daxilində smart DOST guşələrinin qurulması müzakirə edilir. Yəni sırf ev tikib, kimisə ora aparmağı düşünmürük. Onların məşğulluğu nəzərə alınacaq”.


Geri dön