Ana Sayfa > Karusel / Qarabağ > “Vətən müharibəsi iştirakçılarının fikirləri əsassızdır” - Agentlik cavab verdi
“Vətən müharibəsi iştirakçılarının fikirləri əsassızdır” - Agentlik cavab verdi12-11-2021, 15:26. Yazar: Admin |
“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu gün Türkiyənin ölkəmizdəki səfirliyi qarşısında Vətən müharibəsinin 2 iştirakçısı Hacı Vəliyev, Ayaz Qasımovun və 2019-cu ildən əlilliyi olan Orxan İmanovun əlillik təyinatı ilə bağlı söylədikləri fikirlərin tamamilə əsassız olduğunu bildirir”. Agentlikdən Qarabaqinfo.az-a verilən xəbərə görə, həmin fikirlər qazilərimizlə bağlı dəstək tədbirləri, həmçinin qazilərin əlilliyinin təyinatı istiqamətində aparılan şəffaf və qanunauyğun işlər barədə mənfi rəy yaratmaq cəhdidir.
Agentlik Hacı Vəliyevə II dərəcə əlillik, Prezidentin aylıq təqaüdü (350 manat) və pensiya (617 manat), ümumilikdə 967 manat aylıq sosial ödəniş təyin edildiyini qeyd edib. “Əlilliyinə görə 6600 manat sığorta ödənişi edilib və digər maddi dəstək tədbirləri görülüb.Lakin o, bununla neçənci dəfərdir ki, bir neçə şəxsi ətrafına cəlb edərək əsassız ittihamlar, qanuni olmayan tələblər səsləndirir, qazilərə guya biganə, qayğısız yanaşıldığı barədə cəmiyyətdə yanlış rəy yaratmağa çalışır. O, müxtəlif vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini, digər rəhbər vəzifəli şəxslər tərəfindən dinlənilib, ona aidiyyəti məsələlərlə bağlı izahatlar verilib. Lakin yenə də sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaratmayan şəxsləri ətrafına toplayaraq narazılıq fonu yaratmaqla həmin şəxslərə əlillik təyin edilməsi üçün müvafiq quruma təzyiq göstərməyə çalışır”. Narazı kimi çıxış edən şəxslərdən biri olan II qrup əlil Orxan İmanova isə hələ 2019-cu ilin dekabr ayında hərbi xidmət dövrü ilə əlaqədar II qrup əlillik təyinatı aparıldığı bildirilib. “Bu il isə o, əlillik səbəbinin “ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə əvəz edilməsi üçün müraciət edib. Lakin bu ilin 1 sentyabrında əyani müayinə olunarkən onun diaqnozu təsdiqini tapmayıb. Məsələn, diaqnozunda “pıçıltı nitqinin sol qulaqda bir metr, sağ qulaqda metr məsafədən eşitməsi ilə” yazılsa da, əslində eşitmə cihazı olmadan da rahat eşidə bildiyi aydın olub. Ona görə də 2019-cu ildə təyin edilmiş “epilepsiya” diaqnozu ilə ikinci dərəcə əlillik təyinatı qüvvədə qalıb”. Rəsmi açıqlamaya görə, Ayaz Qasımov isə sentyabrın 24-də əyani müayinə olunarkən sağlamlıq vəziyyətinin və eləcə də diaqnozunun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib və bu səbəbdən əlillik təyin olunmadığı qeyd edilib. Geri dön |