Ana Sayfa > Karusel / Sosial > “Dərmanlarla bağlı ölkədə problemlər var” - Komitə sədri

“Dərmanlarla bağlı ölkədə problemlər var” - Komitə sədri


12-11-2021, 13:43. Yazar: Admin

“Bu gün Azərbaycanda satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”.

 

Qarabaqinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

 

“Bundan başqa, dərmanların qiymətləri bir sıra ölkələrlə müqayisədə yüksəkdir. Onkoloji xəstəliklərin müalicəsi üçün Azərbaycana ən müasir aparatlar gətirilib, ancaq dərmanlarla bağlı ölkədə problemlər var. Dərman olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmanları gətirir, amma bunu görmürük”, - o deyib.


Geri dön