Ana Sayfa > Karusel / Cəmiyyət / Qarabağ > Qarabağ separatçıları müharibəyə hazırlaşır? - Mülki ermənilər silahlandırılır
Qarabağ separatçıları müharibəyə hazırlaşır? - Mülki ermənilər silahlandırılır11-11-2021, 17:32. Yazar: Admin |
Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşır. Baş separatçı Araik Arutyunyanının dünən “proqram” xarakterli çıxışı bunu təsdiqləyir.
Və ən vacib məsələ Laçın dəhlizindən silah-sursatın daşınmasıdır. İstisna deyil ki, yüklər dəhlizə vizual nəzarət edən Azərbaycan hərbçilərinin görə bilməyəcəyi kiçikçaplı silahlar, o cümlədən, artilleriya mərmiləri və sairdən ibarətdir. Araik onu da qeyd edir ki, “cəbhə xəttinin möhkəmləndirilməsi, funksiyalarının lazımi şəkildə yerinə yetirilməsi üçün xeyli iş görülüb”. Baş separatçı açıq şəkildə etiraf edir ki, Azərbaycan Ordusuna qarşı cəbhə xətt formalaşdırıblar və rus sülhməramlılarının dayandığı mövqelərlə yanaşı, erməni terrorçuların da postları var. Qarabağa qanunsuz səfər edən Ermənistan müdafiə naziri Arşak Karapetyan da terrorçuların qurduğu postlarda olub. Və görünən budur ki, müharibənin başa çatmasından bir il sonra Qarabağda separatizm yenidən güc toplayır. Geri dön |