Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Azərbaycanın milli uşaq strategiyası hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib

Azərbaycanın milli uşaq strategiyası hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib


21-12-2018, 10:38. Yazar: Admin

 

"Azərbaycan Respublikasının milli uşaq strategiyasının layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib".

"Qarabaginfo" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. 

O bildirib ki, həmin layihəyə bütün dövlət qurumları baxıb: "Biz Nazirlər Kabinetinin 2019-cu ildə həmin layihəni təsdiqləyəcəyini gözləyirik".

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədləri ilə bağlı öhdəlik götürüb.


Geri dön