Ana Sayfa > Karusel / Siyasət > Rusiya XİN Gürcüstanın “altılıq platforması” ilə bağlı mövqeyinə münasibət bildirib
Rusiya XİN Gürcüstanın “altılıq platforması” ilə bağlı mövqeyinə münasibət bildirib10-11-2021, 17:52. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, ölkəsi “altılıq platforması”nı dəstəkləyib. “Əlbəttə ki, biz bu formatın reallaşması planının praktik müstəviyə keçirilməsinin vaxtının gəlib çatdığını düşünürük. O ki qaldı Gürcüstana, biz Tbilisidən bu ölkənin məlum əməkdaşlıq mexanizmində iştirakı ilə bağlı ziddiyyətli bəyanatlar eşidirik. Bu, suveren ölkənin mövqeyidir. Hesab edirik ki, “3+3” əməkdaşlıq formatı regionun bütün dövlətlərinin maraqlarına cavab verir”, - Rusiya XİN-in rəsmisi vurğulayıb.(Apa) Geri dön |