Ana Sayfa > Karusel / Sosial > Nazir: “Hədəfimiz ehtiyac meyarı ilə yaşayış minimumu həddinin eyni olmasıdır”
Nazir: “Hədəfimiz ehtiyac meyarı ilə yaşayış minimumu həddinin eyni olmasıdır”10-11-2021, 16:21. Yazar: Admin |
“Ehtiyac meyarı və yaşayış minimumu arasında fərqin minimuma çatdırılması üçün işlər gedir”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu istiqamətdə də addımlar atılır: “2022-ci il üçün bu fərq cəmi 10 manatdır. Nazirlik olaraq hədəfimiz, niyyətimiz və təklifimiz 2023-cü ildə bu rəqəmlərin bərabərləşdirilməsi ilə bağlı olacaq”. Qeyd edək ki, 2022-ci ildə yaşayış minimumunun həddi 210 manat, ehtiyac meyarının həddinin 200 manat olması təklif edilir. Geri dön |