Ana Sayfa > Karusel / Dünya > Putin və Merkel Polşa-Belarus sərhədindəki vəziyyətdən narahatdır

Putin və Merkel Polşa-Belarus sərhədindəki vəziyyətdən narahatdır


10-11-2021, 15:31. Yazar: Admin

Putin, Merkel

 

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığında Belarusun Avropa İttifaqı ölkələri ilə sərhədində qanunsuz miqrantların toplanması ilə bağlı yaranmış vəziyyət ətraflı müzakirə olunub. Tərəflər miqrasiya böhranının humanitar nəticələrindən narahatlıq ifadə ediblər.

Rusiya Prezidenti Aİ-yə üzv dövlətlərin Minsklə birbaşa təmaslarında yaranan problemlərin müzakirəsini təşkil etməyi təklif edib.

Rusiya və Almaniya liderləri mövzu ilə bağlı müzakirələrin davam etdirilməsi barədə razılaşıblar.


Geri dön