Ana Sayfa > Karusel / Gündəm > Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib
Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib10-11-2021, 14:48. Yazar: Admin |
Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantıda iştirak edib. İclası Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu açıb. O bildirib ki, iclasın sonunda qəbul olunacaq qərarlar MDB-yə üzv ölkələrin sülh və sabitliyi dəstəkləmələrinə töhfə verəcək. İclasda Belarus, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Özbəkistan, Tacikistan və Ermənistanın müdafiə nazirləri də iştirak ediblər. Nazirlər iclasın yekununda 2022-ci il üzrə birgə fəaliyyət planını və hərbi əməkdaşlığın inkiaf perspektivini müəyyənləşdiriblər. Görüşdə həmçinin 2022-ci ildə MDB ölkələri tərəfindən hava hücumundan müdafiə üzrə kompüterləşdirilmiş komanda-qərargah təliminin keçirilməsi ilə bağlı qərar qəbul olunub. Geri dön |