Ana Sayfa > Karusel / Təhsil / Kriminal > Baş Prokurorluq saxta diplomlarla bağlı vətəndaşlara müraciət edib

Baş Prokurorluq saxta diplomlarla bağlı vətəndaşlara müraciət edib


10-11-2021, 14:33. Yazar: Admin

Baş Prokurorluq vətəndaşlara müraciət etdi

Baş Prokurorluq saxta diplomlarla bağlı vətəndaşlara müraciət edilib.

Qurumun Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

"Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb.

Hazırda təqdim olunan videoda saxta diplomlarla bağlı vətəndaşlara müraciət edilib", - Mətbuat Xidmətindən bildirilib.


Geri dön