Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın 16 rayonunda ünvanlı sosial yardımla bağlı yoxlamalara başlanılıb

Azərbaycanın 16 rayonunda ünvanlı sosial yardımla bağlı yoxlamalara başlanılıb


10-11-2021, 13:54. Yazar: Admin

Azərbaycanın 16 rayonunda ünvanlı sosial yardımla bağlı yoxlamalara başlanılıb

"Artıq 16 rayon üzrə ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlanmalar başlanıb".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Sonrakı mərhələdə bu, 46 rayona çatdırılacaq", - nazir vurğulayıb.

S.Babayev həmçinin bildirib ki, pensiyaların araşdırılması nəticəsində qanunsuz pensiyalar müəyyənləşdirilib və nəticədə dövlət büdcəsinin xərclərinə böyük miqdarda vəsait qənaət edilib.


Geri dön