Ana Sayfa > Karusel / Gündəm > İrəvanda növbəti antiRusiya mitinqi: "Əlvida, çirkin Rusiya!"

İrəvanda növbəti antiRusiya mitinqi: "Əlvida, çirkin Rusiya!"


10-11-2021, 12:05. Yazar: Admin
İrəvanda növbəti antiRusiya mitinqi: “Əlvida, çirkin Rusiya!” – VİDEO

 

Dünən İrəvanda növbəti antiRusiya mitinqi keçirilib.

Qarabaginfo.az-ın erməni TQ kanalllarına istinadla əldə etdiyi görüntülərdə bunu aydın görmək olur. İrəvanda Rusiya səfirliyinin qarşısında Milli Demokrat Partiyası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyannaməsinin ildönümü günündə mitinq təşkil edib. Mitinqdə illərlə Rusiyada sərvət yığıb milyonçuya çevrilən oliqarxlar da iştirak edib. Qəribəsi odur ki, Rusiyanın “çörəyini yeyib ona təpik atanlar” arasında həmin milyonerlər, dollar maqnatları da var.

Mitinqdə Rusiya əleyhinə şüarlar səsləndirilib, ta qədimdən bu günə kimi “başlarına gələn müsibətlər”də Rusiya günahlandırılıb, bir sözlə, Rusiya Ermənistanın əzəli və 1-ci düşməni hesab olunub. Hətta ermənilərlə ruslar arasında heç bir dostluğun olmadığını, guya rus hökumətinin “ermənilərsiz Ermənistan” yaratmaq istədiyini, Ermənistanı və erməniləri həmişə “əzdiyini” mikrofonlardan bağırıblar.

Çörəyi dizinin üstündə olan bu xalq Rusiya ilə  dostluğun onlara ancaq ziyan gətirdiyini, Ermənistandan ancaq öz siyasi maraqlarına görə istifadə etdiyini hayqırıblar. Rusiyanın dostluda “əsl üzü”nü açan ermənilər bu dostluqdan həmişəlik üz döndərdiklərini bildiriblər. Rusiyaya Mixail Lermontovun şeri ilə cavab veriblər: “Proşay, nemıtaya Rossiya!” (Əlvida, çirkin Rusiya!”).

 

Konkret.az


Geri dön