Ana Sayfa > Karusel / Gündəm > Zəfər Gününə və şəhid həkimlərə həsr olunan ilk tibbi yürüş! 

Zəfər Gününə və şəhid həkimlərə həsr olunan ilk tibbi yürüş! 


10-11-2021, 10:22. Yazar: Admin

 

Zəfər Gününə və şəhid həkimlərə həsr olunan ilk tibbi yürüş!

 

44 Günlük Vətən Müharibəsi zamanı Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı.

Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü. Şanlı Tariximizdən artıq bir il keçir və bu gün biz sevinc hissi ilə Zəfər Gününü qeyd edirik, müharibə qəhramanlarını qürur hissi ilə yad edirik!

Bu tarixi qələbədə öz mühüm payı olan məhz tibb işçiləridir, həkim və tibb bacıları Vətən müharibəsi dövründə ön cəbhədə əsgərlərimizlə birlikdə çiyin çiyinə idi. Təsadüfi deyil ki, Vətən müharibəsinin qadın şəhidi məhz tibb bacısı oldu, onun kimi isə bir neçə həkimlərimizi müharibə dövründə şəhidlik zirvəsinə ucaldı.

Referans Medical Group tərəfindən təşkil olunan Zəfər Gününə və şəhid həkimlərə həsr olunan ilk tibbi yürüş də Referans Medical Group-un “Ünvanda Tibbi Xidmət” , “Referans Ambulance” və Leyla Medical Center-in Təcili Tibbi Yardım maşınları, LOR Hospitalın tibbi xidmət maşınları iştirak etdi.

Şəhidlərimiz və şəhid həkimlərimiz, qazilərimiz, vətən uğrunda döyüşdə iştirak edən hər kəs sizə bu qələbə sevinci üçün təşəkkür edirik!


Geri dön