Ana Sayfa > Karusel / Region > “Erməni xalqının arxasından heç bir sövdələşmə olmayacaq” – Rusiyalı səfirdən ŞOK AÇIQLAMA

“Erməni xalqının arxasından heç bir sövdələşmə olmayacaq” – Rusiyalı səfirdən ŞOK AÇIQLAMA


9-11-2021, 22:33. Yazar: Admin
“Erməni xalqının arxasından heç bir sövdələşmə olmayacaq” – Rusiyalı səfirdən ŞOK AÇIQLAMAemail sharing button

“Rusiya erməni hərbi əsirlərin (diversantlar) geri qaytarılması ilə bağlı işləri davam etdirəcək”

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə müsahibəsində bildirib:

“Bilirsiniz ki, bu mövzu təkcə Ermənistanın deyil, həm də Rusiya rəhbərliyinin, sülhməramlıların daim diqqət mərkəzindədir. Bir müddət əvvəl 5 nəfər Ermənistana qaytarılıb, bu iş davam edir” – deyə səfir əlavə edib.

Diplomat bəyan edib ki, Azərbaycanla kommunikasiyaların açılması zamanı erməni xalqının arxasında heç bir sövdələşmə olmayacaq. Kopırkinin sözlərinə görə, İrəvan, Moskva və Bakı arasında bir il əvvəl bağlanmış müqavilələr problemsiz olmasa da, ümumilikdə işləyir.

Səfir qeyd edib ki, kommunikasiyaların açılması üçün müxtəlif variantların müzakirəsi aparılır: “Bütün işlər tərəflərin maraqlarına əsaslanan dialoq üzərində qurulur. Söhbət kiməsə nəyisə sırımaqdan deyil, maraqların tarazlığından, hər iki tərəf üçün faydalı olacaq bəzi kompromis variantlarından gedir. Ona görə də yəqin ki, hər şey istədiyimiz qədər sürətlə baş vermir. Hələlik heç bir sövdələşmə yoxdur. Erməni xalqının arxasından heç bir iş aparılmayacaq. Təbii ki, belə bir məntiqdən söhbət gedə bilməz”.

O əlavə edib ki, Rusiya hər iki tərəfin suverenliyinə hörmətlə yanaşır və çox diqqətlə işləyir. Bu halda Moskvanın vəzifəsi qarşılıqlı məqbul həll yollarının axtarışı üçün ən əlverişli şəraiti yaratmaqdır.(Konkret.az)


Geri dön