Ana Sayfa > Karusel / Gündəm > TBMM sədri: "44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni səhifə açıb"

TBMM sədri: "44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni səhifə açıb"


9-11-2021, 20:24. Yazar: Admin

TBMM sədri: 44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni səhifə açıb

Türkiyə Azərbaycan və Ermənistan liderlərinin dialoqa hazır olduqları barədə bəyanatlarını, eləcə də hər iki ölkənin parlamentariləri arasında təmasların başlanmasını alqışlayır.

Qarabaginfo.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeltlə görüşündə deyib.

Şentopun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində yeni səhifə açıb.

Türkiyə parlamentinin sədri qeyd edib ki, sülh və normallaşma regionun bütün dövlətlərinin maraqlarına uyğundur.

“Bu, Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə də aiddir. Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ermənistan tərəfindən səmimi addımlar olarsa, Ankara İrəvanla əlaqələri mərhələli şəkildə normallaşdırmağa hazırdır. Türkiyə ilə Ermənistan, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesləri bir-birini tamamlamalıdır”, - Şentop bildirib.

TBMM sədri vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Cənubi Qafqazda yeni reallıqları nəzərə almalı və uzun müddət davam edən danışıqların səmərəli olmamasının səbəblərini təhlil etməlidir.


Geri dön