Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub
Ana Sayfa > Karusel / Gündəm > Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub

Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub


9-11-2021, 20:10. Yazar: Admin

Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub.

Müdafiə Naziriiyindən Qarabaginfo.az-ya verilən xəbərə görə, bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Geri dön