Ana Sayfa > Karusel / İdman > Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqləyib

Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqləyib


9-11-2021, 11:12. Yazar: Admin

 

Samet Aybaba AFFA ilə danışıqlar apardığını təsdiqləyib

Türkiyəli baş məşqçi Samet Aybaba Azərbaycan milli komandasına rəhbərlik edəcəyinə dair iddialara münasibət bildirib.

Qarabaginfo.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssis "Fanatik"ə açıqlamasında AFFA-nın onunla maraqlanması xəbərlərini təsdiqləyib.

O, hazırda danışıqların aparıldığını söyləyib: "Hələlik rəsmi anlaşma yoxdur. Danışıqlarımız davam edir".

Qeyd edək ki, Samet Aybaba sonuncu dəfə "Adana Demirspor"un baş məşqçisi olub. O, 2,5 aydır işsizdir.


Geri dön