
Ermənistan ərazi itkisi ilə yanaşı, Qarabağ məsələsi üzrə bütün “kozır”ları xərclədi.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ermənistan keçmiş prezidenti Robert Köçəryan bu gün İrəvanda keçirilən mitinqdə deyib.
O bildirib ki, Birinci Qarabağ müharibəsində “qələbədən” sonra İrəvanın ciddi diplomatik rıçaqları var idi:
“Bütün bunlar indi yoxdur. Bir nəfər qərara gəldi ki, şəxsi nöqteyi-nəzərindən danışıqlara başlayacaq. O, danışıqlarda bütün bizim üstünlüklərimizi, qələbəmizi məhv etdi. Danışıqlar kompromislərə əsaslandıqda uğurlu olur, amma indi bu kompromis üçün bizdə nə var? Heç nə qalmadı”(Axar.az)
Geri dön
|