Ana Sayfa > Karusel / Kriminal > 34 il məhbəsdə olan şəxs yenə oğurluq etdi 

34 il məhbəsdə olan şəxs yenə oğurluq etdi 


8-11-2021, 15:06. Yazar: Admin
34 il məhbəsdə olan şəxs yenə oğurluq etdi - Video

 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən otlaq sahəsindən mal-qara oğurlayan şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, polisə müraciət edən yeddi nəfər şəxs onlara məxsus ümumilikdə 11 baş inəyin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Belə ki, cinayət əməlini törədən, əvvəllər də oğurluğa görə 34 il məhkumluq həyatı yaşayan Ağdam rayon sakini Bəhmən Məhərrəmov saxlanılıb.

Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladığı heyvanları Bərdə rayonundakı mal-heyvan bazarında satdığını bildirib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


Geri dön