Ana Sayfa > Karusel / Gündəm > Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib


8-11-2021, 11:10. Yazar: Admin

 

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC Şuşa şəhərinin müəssisə və yaşayış binalarını optik telekommunikasiya xidmətləri ilə təmin edib.

Bu barədə Qarabaginfo.az-a Nazirlikdən məlumat verilib.

Məlumata görə, artıq sözügedən şəhərdə ilk istehsalat müəssisəsi olan Çörək Zavodunda xidmətə qoşulma icra edilib.

Hazırda Şuşa sakinləri və şəhərin qonaqları genişzolaqlı internet xidmətlərini minimum 30 mb/s sürətlə əldə edə bilirlər.

İşğaldan azad edilmiş şəhərdə müasir telekommunikasiya infrastrukturu GPON (Qiqabit tutumlu optik şəbəkə) texnologiyası əsasında qurulub. “Aztelekom”un müasir standartlarla inşa etdiyi 1000 nömrə tutumlu optik şəbəkə məlumatların yüksək sürətlə ötürülməsinə və sabit internetə zəmanət verir.

“Aztelekom” Şuşa şəhərində bərpa və yenidənqurma işləri çərçivəsində dayanıqlı və fasiləsiz telekommunikasiya xidmətlərinin təminatı üçün zəruri tədbirləri davam etdirəcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə bütün yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqini mərhələli və planlı şəkildə həyata keçirəcək.


Geri dön