Ana Sayfa > Karusel / Gündəm > Türkiyənin müdafiə naziri: “Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır”

Türkiyənin müdafiə naziri: “Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır”


8-11-2021, 10:58. Yazar: Admin

Hulusi Akar

 


“Azərbaycan və Türkiyə prezidentləri barışın gələcək nəsillərə miras buraxılması için son dərəcə konstruktiv bir münasibət nümayiş etdirərək sabitlik və əməkdaşlığa söykənən yeni bir dövrün qapısını açıblar”.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.

“Ermənistanın səlahiyyətli şəxslərinin mövcud siyasətlərini bir kənara qoyub, “altılıq platforma”sı təşəbbüsü daxil olmaqla bu tarixi fürsəti dəyərləndirməsini gözləyirik. Artıq hər kəs bilməlidir ki, kin və nifrət üzərində bir gələcək inşa edilə bilməz. Ermənistan düşmənçilikdən əl çəkib gələcəyə baxmalıdır. Biz bu anlayışla öhdəmizə düşən tarixi məsuliyyətlə bölgəmizdə sülh və sabitlik üçün cəhd göstərməyə davam edəcəyik”, - türkiyəli nazir vurğulayıb.

O, Qarabağ məsələsində daima Azərbaycanın yanında olan Pakistana da təşəkkür edib.

“Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, - Hulusi Akar vurğulayıb.


Geri dön