Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tbilisidə Zəfər Günü münasibətilə fləşmob keçirilib
Ana Sayfa > Karusel / Gündəm > Tbilisidə Zəfər Günü münasibətilə fləşmob keçirilib

Tbilisidə Zəfər Günü münasibətilə fləşmob keçirilib


7-11-2021, 21:36. Yazar: Admin

Tbilisidə Zəfər Günü münasibətilə fləşmob keçirilib

Tbilisi şəhərinin mərkəzində yerləşən Rike parkda 8 Noyabr – Zəfər Günü münasibətilə fləşmob keçirilib.

Bu barədə Qarabaginfo.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Üzərində Zəfər bayramının və Şuşanın simvolu - Xarı bülbülün təsviri olan ağ köynək geyinmiş 60 gənc göy, qırmızı, yaşıl rəngli, aypara və səkkizguşəli ulduzun yer aldığı lövhələrdə Azərbaycanın dövlət bayrağının təsvirini yaradıblar.

Fləşmob şəhər sakinlərinin və parkdakı turistlərin marağına səbəb olub.


Geri dön