Ana Sayfa > Karusel / Siyasət > VIII Qlobal Bakı Forumu Kolumbiya mətbuatında işıqlandırılıb
VIII Qlobal Bakı Forumu Kolumbiya mətbuatında işıqlandırılıb6-11-2021, 21:53. Yazar: Admin |
Kolumbiyanın nüfuzlu siyasi xəbər agentliklərindən olan “LaOtraCara” portalında tanınmış jurnalist Roberto Trobaxonun 4-6 noyabr tarixlərində ölkəmizdə keçirilməkdə olan VIII Beynəlxalq Bakı Forumu haqda “Azərbaycan hamı ilə birgə, hamıya görə və hamı naminə” başlıqlı məqaləsi dərc olunub. Azərbaycanın Meksikadakı Səfirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, məqalədə Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Qlobal Bakı Forumunun bu dəfəki toplantısının hazırda ən aktual və vacib önəm daşıyan COVİD-19 pandemiyasının yaratdığı çağırışlara həsr olunduğu və 40-dan çox ölkədən olan 300-ə qədər yüksək səviyyəli nümayəndənin iştirakı ilə baş tutduğu məlumat verilir və tədbirin Roma papası Fransisk, Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Qebreyesus və bir sıra dövlət və hökumət başçıları tərəfindən təqdir olunduğu bildirilir. Yazıda həmçinin Azərbaycanın tədbirdə COVID-19-dan sonra yaranan yeni dünya nizamı, yeni dünya iqtisadiyyatı, sülh, təhlükəsizlik və insan hüquqları, iqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması, peyvəndlənmə, qida təhlükəsizliyinin təşviqi kimi mövzuları müzakirəyə çıxarmasının, habelə gənclərə də xüsusi yer verməsinin ölkəmizin qlobal həmrəyliyi artırmaq naminə bütün səyləri birləşdirmək üçün çalışdığının göstəricisi olduğu deyilir. Geri dön |