Ana Sayfa > Karusel / Qarabağ > Dağlıq Qarabağın Azərbaycanlı İcmasına yeni sədr seçilib

Dağlıq Qarabağın Azərbaycanlı İcmasına yeni sədr seçilib


20-12-2018, 12:43. Yazar: Admin

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin II qurultayı keçirilib.

"Qarabaginfo"nun xəbərinə görə, qurultayda birliyin (icmanın) yeni İdarə Heyəti təsdiqlənib.

Həmçinin qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçilib.

Qeyd edək ki, indiyədək birliyin sədri vəzifəsini Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tuturdu.


Geri dön