Zəfər Günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyi və Səfirliyin nəzdində Hərbi Attaşelik Aparatı tərəfindən Ankara şəhərində təntənəli tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirdə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və qardaş ölkənin digər dövlət və hökumət nümayəndələri, xarici ölkələrin hərbi attaşeləri, həmçinin Ankarada müalicə alan qazilərimiz və ictimaiyyət nümayəndələri iştirak ediblər. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi orkestrinin ifasında səsləndirilən vətənpərvərlik mövzusunda musiqi nömrələri qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.