Ana Sayfa > Karusel / Gündəm > FHN gücləndirilmiş iş rejiminə keçib

FHN gücləndirilmiş iş rejiminə keçib


6-11-2021, 18:34. Yazar: Admin

FHN 351 binaya müsbət rəy


Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Qarabaginfo.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyəti, habelə bayram şənlikləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.


Geri dön