Ana Sayfa > Karusel / Gündəm > DSMF-nin bu il gəlirlər üzrə proqnozunu 98% yerinə yetirəcəyi gözlənilir

DSMF-nin bu il gəlirlər üzrə proqnozunu 98% yerinə yetirəcəyi gözlənilir


6-11-2021, 15:22. Yazar: Admin

 

DSMF-nin bu il gəlirlər üzrə proqnozunu 98% yerinə yetirəcəyi gözlənilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ümumi gəlirlərinin ilin sonuna 5053,9 milyon manat və yaxud proqnoz göstəricisinin 98,2%-i həddində olacağı planlaşdırılır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "DSMF-nin 2022-ci il büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Bundan başqa, sənəddə deyilir ki, fondun ümumi gəlirlərinin tərkib elementi olan Məcburi Dövlət Sosial Sığorta Haqqları üzrə gəlirlər isə ilin sonuna 3 736,7 milyon manat təşkil edəcək.


Geri dön