Ana Sayfa > Karusel / Siyasət > Binəli Yıldırım: "Heç kim Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinə qarşı çıxmamalıdır"

Binəli Yıldırım: "Heç kim Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinə qarşı çıxmamalıdır"


6-11-2021, 09:45. Yazar: Admin

 

Binali Yıldırım: "Zəngəzur dəhlizi Ermənistan üçün də faydalıdır"

“Azərbaycan Ermənistana sülh müqaviləsi təklif edir”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə Türkiyənin keçmiş Baş naziri (2016-2018-ci il) Binəli Yıldırım bildirib.

B. Yıldırım deyib ki, heç kim Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinə qarşı çıxmamalıdır: “Ermənistanın bu məsələdə üzərinə böyük məsuliyyət düşür. Bu halda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hər hansı problem də qalmayacaq. Qarşılıqlı anlayış zəminində Cənubi Qafqaz regionun potensialından istifadə etməliyik”.


Geri dön