Ana Sayfa > Karusel / Region > Binəli Yıldırım: "Zəngəzur dəhlizi tezliklə açılmalıdır"
Binəli Yıldırım: "Zəngəzur dəhlizi tezliklə açılmalıdır"6-11-2021, 09:39. Yazar: Admin |
"Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin yaradılması üçün geniş üfüqlər açılır". Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsinin bəzi hissələrində yerləşdirilməsi Moskva qarşısında yeni məsuliyyətlər qoyur: "Laçın dəhlizinin istifadəsində problemlər axtarır. Bəzən hansısa provikasiyalara şahidlik edirik. Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Orada işlər tez zamanda başlamalıdır. İmzalanacaq sülh müqaviləsində də bu əksini tapmalıdır". B.Yıldırım qeyd edib ki, Türkiyə münaqişəsinin həllində regional ölkələrlə intensiv iş aparır: "Biz yeni platforma təklif edirik. Bura Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran daxildir. Biz bu ölkələrə əməkdaşlıq təklif edirik. Bu platformanın həyata keçirilməsi regiona çiçəklənmə, inkişaf gətirəcək. Münaqişənin bitməsinə Türkiyə səy göstərib. Bu regionun bir tərəfdən Mərkəzi Asiyaya, digər tərəfdən Avropaya bağlanmasına çalışırıq".(Report) Geri dön |