Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda daha 2 440 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb
Azərbaycanda daha 2 440 nəfər koronavirusa yoluxub, 26 nəfər ölüb5-11-2021, 18:29. Yazar: Admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 440 yeni yoluxma faktı qeydə alınıb, 2 016 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib. Ölkədə ümumilikdə 542 150 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 503 524 nəfər müalicə olunaraq sağalıb, 7 208 nəfər vəfat edib, aktiv xəstə sayı 31 418 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 794, ötən müddət ərzində isə ümumilikdə 5 256 832 test aparılıb. Geri dön |