Ana Sayfa > Karusel / Sosial > Adil əl-Bəltagi: "İqlim dəyişikliyi ərzaq təhlükəsizliyinə də xələl gətirir"

Adil əl-Bəltagi: "İqlim dəyişikliyi ərzaq təhlükəsizliyinə də xələl gətirir"


5-11-2021, 18:21. Yazar: Admin

Adil əl-Bəltagi: İqlim dəyişikliyi ərzaq təhlükəsizliyinə də xələl gətirir

VIII Bakı Qlobal Forumu çərçivəsində sayca altıncı panel keçirilib.

Qarabaginfo.az xəbər verir ki, panel ərzaq təhlükəsizliyinin təmin olunmasına həsr edilib.

Misirin sabiq kənd təsərrüfatı naziri Adil əl-Bəltagi iqlim dəyişikliyinin kənd məhsulları istehsalına da təsir göstərdiyini, ərzaq təhlükəsizliyinin təmin olunmasını çətinləşdirdiyini bildirib. Professor Bəltagi müxtəlif regionlarda iqlim dəyişikliyini izləmək üçün xüsusi müşahidə sistemi yaratmağa çağırıb.

Mavrikius Respublikasının sabiq prezidenti Əminə Qurab-Fəkim karbon qazı tullantılarını və okean səviyyəsinin yüksəlməsini müasir dövrün başlıca təhlükələri olaraq dəyərləndirib.

BMT Ərzaq və Kənd Təsərrüfatı Proqramının (FAO) eksperti Əsmaxan əl Vəfi hazırda pandemiya üzündən dünyada aclıq çəkən insanların daha da çoxaldığını, lakin müasir texnologiyalarla bu problemi dəf etməyin mümkün olduğunu diqqətə çatdırıb: “Ərzaq sistemini şaxələndirməklə yoxsulluq və ərzaq qıtlığı problemlərinin öhdəsindən gələ bilərik”.


Geri dön