Ana Sayfa > Karusel / Gündəm / İdman > Azərbaycanın cüdo yığması Böyük Dəbilqədə ilk medalı qazanıb

Azərbaycanın cüdo yığması Böyük Dəbilqədə ilk medalı qazanıb


5-11-2021, 17:35. Yazar: Admin

 

Azərbaycanın cüdo yığması Böyük Dəbilqədə ilk medalı qazanıb

Azərbaycan cüdoçusu Rövşən Əliyev Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal görüşünə çıxıb.

Qarabaginfo.az-ın məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı monqolustanlı Sumiyabazar Enktaivanla qarşılaşıb.

Rəqibinə cərimə xalları hesabına qalib gələn Əliyev Azərbaycan yığmasına yarışın ilk medalını qazandırıb.

48 kq-da yarışan qadın cüdoçu Şəfəq Həmidova isə bürünc medal uğrunda qarşılaşmada israilli Şira Rişoniyə uduzub.


Geri dön