Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb


5-11-2021, 16:54. Yazar: Admin

 

Bağdad Amreyev, Ceyhun Bayramov

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Qarabaginfo.az-a verilən xəbərə görə, tərəflər, Türk Şurasının qarşıdan gələn Zirvə görüşü və yüksək səviyyəli tədbir öncəsində keçiriləcək toplantılara hazırlıq, bu çərçivədə qəbul olunacaq sənədlərlə bağlı fikir mübadiləsi aparıblar.

Baş katib Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilmiş görüşə məmnunluqla istinad edib və təşkilatın cari sədri qismində dövlət başçısı tərəfindən verilən tapşırıqlarla bağlı qeydlərin götürüldüyünü bildirib.

Nazir Ceyhun Bayramov Türk Şurası ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyət kəsb etdiyini vurğulayıb və sədrliyi dövründə görülən işlərin bunun bariz göstəricisi olduğunu qeyd edib. Bu müddət ərzində TŞ Katibliyinin fəaliyyəti məmnunluqla vurğulanıb.

Görüş zamanı, həmçinin təşkilatın gündəliyində duran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.


Geri dön