Ana Sayfa > Karusel / Sosial > Son sutkada peyvəndlənənlər

Son sutkada peyvəndlənənlər


5-11-2021, 16:37. Yazar: Admin

Azərbaycanda son sutkada 45041 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaqinfo.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6583 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 9746 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 9798866 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4980307 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4406811 nəfərdir.


Geri dön