Ana Sayfa > Karusel / Gündəm > Eldar Həsənovu məhkəməyə xərəkdə gətirib-apardılar - FOTO

Eldar Həsənovu məhkəməyə xərəkdə gətirib-apardılar - FOTO


5-11-2021, 15:25. Yazar: Admin

Bu gün Ağır Cinayətlər Məhkəməsində atam Eldar Həsənovun səhhətində ciddi problem yarandığına görə məhkəmə bir saat gec başlayıb.

Qarabaginfo.az bildirir ki, bu haqda onun qızı Səbinə Hüseynova məlumat verib.


“Onun hər iki qolundan tutaraq sürüyə-sürüyə zala gətirdilər. Şahid ifadələri dinlənilməliydi, amma... Atamın vəziyyəti daha da ağırlaşdı və yenə də onu xərəkdə təcridxanaya qaytardılar. Yüksək təzyiq, yüksək şəkər, baş gicəllənməsi...”.


Səbinə Hüseynova bildirib ki, atasının müayinə sənədlərini Türkiyədə onu müalicə etmiş həkimlərə göstərib:

“Deyirlər ki, belə bir xəstəni nəinki həbsxanada saxlamaq, ümumiyyətlə, təkbaşına bir addım atmasına belə imkan vermək olmaz. Təcili xəstəxanaya yerləşdirilməli, müalicə və cərrahi əməliyyat olunmalıdır”.

2020-ci il avqustun 13-də tutulan keçmiş səfir Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. İstintaqı aparan Baş Prokurorluğun bildirdiyinə görə, onun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilib, dövlətə külli miqdarda ziyan vurulub.

Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.(Modern.az)


Geri dön