Ana Sayfa > Karusel / İdman > “Əl-Sədd” Xavinin “Barselona”ya keçidinə razılıq verib

“Əl-Sədd” Xavinin “Barselona”ya keçidinə razılıq verib


5-11-2021, 15:20. Yazar: Admin

 

Xavi

 


Qətərin “Əl-Sədd” klubu baş məşqçisi Xavinin “Barselona”ya keçidinə razılıq verib.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Asiya təmsilçisinin mətbuat xidməti açıqlayıb.

İspaniya nəhəngi Xavi ilə müqavilənin pozulması üçün vəsait ödəyəcək. Bu məbləğin 5 milyon avro olduğu bildirilir.

Karyerasının böyük hissəsini “Barselona”da keçirən sabiq yarımmüdafiəçi 1998-2015-ci illərdə futbolçu kimi 25 titul qazanıb. 2015-ci ildə “Əl-Sədd”ə keçən ispaniyalı 2019-cu ildən Qətər təmsilçisinin baş məşqçisi olub.


Geri dön