Ana Sayfa > Karusel / Siyasət > Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı təsis edilir

Müdafiə Sənayesi Nazirliyinin yubiley medalı təsis edilir


5-11-2021, 13:56. Yazar: Admin

Müdafiə Sənayesi Nazirliyinin medalı

 

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) 15 illiyi (2005-2020) münasibətilə yubiley medalı təsis ediləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə medalı da təsis edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Geri dön