Ana Sayfa > Karusel / Gündəm > Bu ilin 9 ayında azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 955,2 milyon manat istifadə edilib
Bu ilin 9 ayında azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 955,2 milyon manat istifadə edilib5-11-2021, 13:41. Yazar: Admin |
Bu ilin 9 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitin icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 955,2 milyon manat istifadə edilib. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə 2021-ci ilin doqquz ayında Azərbaycan Respublikasının dövlət büdcəsinin icrasına dair arayışda bildirilib. Qeyd edilib ki, həmin vəsaitdən avtomobil yollarının layihələndirilməsi və tikintisi üçün Azərbayan Avtomobil Yolları Dövlət Agentliyinə 803,4 milyon manat (Əhmədbəli-Füzuli-Şuşa ikizolaqlı avtomobil yolunun layihələndirilməsi və tikintisinə 306,6 milyon manat (o cümlədən, Zəfər yolunun layihələndirilməsi və tikintisinə 102,8 milyon manat), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun layihələndirilməsi və tikintisinə 143,7 milyon manat, Toğana-Kəlbəcər-İstisu avtomobil yolunun layihələndirilməsi və tikintisinə 76,7 milyon manat, Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və yenidən qurulmasına 75,2 milyon manat, Kəlbəcər-Laçın avtomobil yolunun layihələndirilməsi, yenidən qurulmasına və yol infrastrukturunun tikintisinə 66,1 milyon manat, Bərdə-Ağdam yolunun layihələndirilməsi və yenidən qurulmasına 51,5 milyon manat, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun layihələndirilməsinə və tikintisinə 46,3 milyon manat, Füzuli-Hadrut avtomobil yolunun layihələndirilməsinə və tikintisinə 20,1 milyon manat, Ağdam-Füzuli avtomobil yolunun layihələndirilməsi və tikintisinə 8,0 milyon manat, Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun layihələndirilməsi və tikintisinə 5,0 milyon manat və Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasına gedən yolun layihələndirilməsi və yenidən qurulmasına 4,2 milyon manat), Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə 44,8 milyon manat, dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 41,6 milyon manat (Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə 21,3 milyon manat, Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə 9,8 milyon manat, Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı hissəsində Kür çayı üzərində mövcud körpünün yenidən qurulması və ona paralel olaraq yeni körpünün layihələndirilməsinə və tikintisinə 7,3 milyon manat, Füzuli-Şuşa dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə 3,2 milyon manat), “Ağıllı kənd”-in layihələndirilməsi və tikintisi, habelə kənd təsərrüfatı texnikasının alınması üçün Kənd Təsərrüfatı Nazirliyinə 21,7 milyon manat, turizm infrastrukturunun yenidənqurulması üçün Dövlət Turizm Agentliyinə 10,9 milyon manat, Şuşa, Cəbrayıl, Ağdam və Füzuli şəhərlərinin baş planlarının hazırlanması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə 9,9 milyon manat, Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 9,0 milyon manat, Şuşa şəhərinin içməli su təchizatında sabitliyin təmin olunması məqsədilə mövcud qurğuların əsaslı təmiri üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,5 milyon manat, yaradılmış yanğından mühafizə hissələri və bölmələri üçün yanğınsöndürən nəqliyyat vasitələrinin alınması üçün Fövqəladə Hallar Nazirliyinə 3,4 milyon manat, xüsusi texnikanın alınması üçün Daxili İşlər Nazirliyinə 3,0 milyon manat, kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsi işlərinin aparılması üçün İqtisadiyyat Nazirliyinə 2,1 milyon manat və digər zəruri işlərin görülməsi üçün 1,9 milyon vəsait yönəldilib. Geri dön |